17 Aprel, 2014
Sarkisyana Azərbaycanla bağlı kitab verildi - Foto

Türkmənistanda keçirilən “Aziada – 2017 Mətbəxi” adlı sərgidə Ermənistan prezidenti Serj Sarkisyana Azərbaycan Kulinariyası kitabı təqdim edilib. Sərgidə təmsil olunan Azərbaycan nümayəndə heyəti Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədova ingiliscə "Azərbaycan Kulinariyası" kitabının iki nüsxəsini təqdim edib. Prezident kitabları götürüb və bir nüsxəsini Serj Sarkisyana verib. Azərbaycan Milli Kulinariya Assosiasiyasından verilən məlumata görə, həmin kitabda Qarabağ mətbəxi ilə bağlı yazı dərc olunub. Qeyd edək ki, sərgidə iştirak edən Azərbaycan nümayəndə heyəti bir sıra diplomlarla təltif olunub

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!