17 Aprel, 2014
İdmançılarımız Fransada 4-cü oldu

Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası “Synergy Baku”nun üzvləri Fransada keçirilən “Tour du Loir et Cher” yürüşündə mübarizə aparırlar

Simsar.az xəbər verir ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.2 kateqoriyalı yarışında komandamızın şərəfini Yan Sokol, Aleksandr Surutkoviç, Kristof və Maykl Şvayzer qardaşları, Patrik Leyn, həmçinin Konnor McConvey qoruyur.

Yarışın 183.5 km-dən ibarət birinci mərhələsində təmsilçilərimizdən Yan Sokol, Aleksandr Surutkoviç, həmçinin Şvayzer qardaşları finişi eyni anda - 4 saat, 8 dəqiqə, 23 saniyəyə keçən pelotonun içərisində olublar. Fotofinişə əsasən Sokol 9-cu, Surutkoviç isə 14-cü yeri tutub.

Bu nəticə “Synergy Baku”nun komanda hesabında 30 iştirakçı kollektiv arasında 4-cü yerdə qərarlaşmasına şərait yaradıb. Bu gün keçirilən 2-ci mərhələdə velosipedçilər 198 km məsafə qət etməlidirlər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!