17 Aprel, 2014
Maurinyo Modriç üçün hərəkətə keçdi

“Çelsi” klubunun baş məşqçisi xorvatiyalı futbolçunu komandasında görmək istəyir

Simsar.az xəbər verir ki, Beyli Premyer Liqaya qaytarmaq istəyən Maurinyo bu dəfə Luka Modriç üçün eyni fikrə düşüb. Beyl üçün Eden Hazardı Madrid “Real”ına təklif etməyə hazırlaşan mütəxəssis Modriçə görə də Oskarı qurban verməyə hazırdır. Britaniya mətbuatında yayılan xəbərdə “zadəganlar”ın yay transfer pəncərəsi açılan kimi hər iki futbolçunu İngiltərəyə gətirmək üçün fəaliyyətə keçəcəyi qeyd olunub.

Qeyd edək ki, Modriç 2012-ci ildən madridlilərin formasını geyinir.

Vüsal Məmmədzadə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!