8 Mart, 2011
Aksiyaların keçirilməsinə imkan verilməyəcək

DİN  martın 11-də kütləvi aksiyaların keçirilməsi ilə bağlı yayılan çağırışlara münasibət bildirib

Nazirliyin Mətbuat Xidmətindən APA-ya bildirilib ki, istər ölkə paytaxtında, istərsə də bölgələrdə kimlərinsə və ya hansısa siyasi qüvvələr tərəfindən icra strukturları ilə razılaşdırılmamış hər hansı kütləvi aksiyanın keçirilməsinə imkan verilməyəcək: “Birmənalı olaraq bildiririk ki, icra strukturları ilə razılaşdırılmamış aksiyaların qarşısı daxili işlər orqanları tərəfindən qətiyyətlə alınacaq”.

Qeyd edək ki, “Facebook” sosial şəbəkəsində bir qrup gənc martın 11-də aksiyalara başlayacağı barədə elan yerləşdirib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!