17 Aprel, 2014
Space-in efirində qalmaqal - Rüfət verilişdə dava saldı - Video

Müğənni Rüfət Axundov "Space” kanalında yayımlanan "Şou+” verilişinin qonağı olub.

Verilişdə R.Axundovun gecə klubunda naməlum xanımla çəkilmiş videosunun bir hissəsi yayımlanıb. Simsar.az xəbər verir ki, buna əsəbiləşən Rüfət "Sizin şirkətə hörmətim var, dəvət etdiniz, gəldim. Bu günə kimi qonaqlarınızı görmüşəm. İndi başa düşürəm ki, efiri niyə tərk edirdilər. Tamaşaçılara demək istəyirəm ki, kimsə burdan acıq edib gedəndə onu qınamasınlar. Xeyir ola? Sən niyə mənim ailə işlərimə qarışırsan? Məqsədin nədir? Düşmən istəyirsən? O görüntüləri yayımlamaq istəyirsənsə ver, mən heç kimdən qorxmuram” deyərək efiri tərk edib.

Aparıcı Tural Ozan isə "Rüfəti bu məsələyə aydınlıq gətirmək üçün çağırmışdıq. O, açıqlama vermək istəmədi. Efir etikasına uyğun olaraq, həmin görüntüləri yayımlamırıq” deyib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!