17 Aprel, 2014
Mustafa Dənizlini fitə basdılar

Azərbaycan Kubokunun ½ finalında “Xəzər Lənkəran”ın 0:3 hesablı məğlubiyyəti cənublu fanatları özündən çıxarıb

Simsar.az xəbər verir ki, “Qəbələ” ilə matçda 3 top fərqi ilə uduzan Lənkəran təmsilçisi final üçün şanslarını minimuma endirib. Cənublu futbol fanatları isə oyun ərzində “Xəzər Lənkəran” futbolçularını və Mustafa Dənizlini fitə basıblar. Baş verənlərdən sonra klub rəhbərliyi azarkeşlərlə rəhbərlik nümayəndələrini görüşdürmək qərarına gəlib. Görüşdə “Xəzər Lənkəran”ın idarə heyəti, məşqçilər heyəti və futbolçular iştirak edəcəklər. Görüşün yaxın günlərdə baş tutacağı gözlənilir.

Vüsal Məmmədzadə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!