17 Aprel, 2014
Belarusda analitik icmal çapdan çıxıb

“MDB ölkələrində bədii təhsilin inkişafının strateji istiqamətləri” analitik icmalı çapdan çıxıb. Simsar.az xəbər verir ki, nəşrdə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Özbəkistan, Ukrayna və Ermənistanın ekspert qruplarının 2009-2012-ci illərdə apardıqları tədqiqat işlərinin nəticələri ümumiləşdirilib, Birlik ölkələrində bədii təhsilin inkişafının müasir vəziyyəti və problemləri qiymətləndirilib, eləcə də bədii təhsilin inkişafının strateji istiqamətləri müəyyənləşdirilib.

Tədqiqat, UNESCO-nun və MDB-nin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun “MDB ölkələrində bədii təhsil: XXI əsrdə yaradıcı potensialın inkişafı” adlı birgə layihəsi çərçivəsində həyata keçirilib.

Günel


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!