7 Mart, 2011
Həbsxana rəisini işdən qovdu

Bu dəfə hədəf Qobustan həbsxanası oldu

Azərbaycanda Qobustan həbsxanasının rəisi xidməti tədqiqatla əlaqədar olaraq tutduğu vəzifədən kənarlaşdırılıb. 

Simsar.az -ın məlumatına görə, bu barədə Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə xəbər verilib. Xidmət rəisi Mədət Quliyevin əmri ilə həbsxananın rəisi Kazım Abdullayev təhqiqatın davam etdiyi müddət ərzində vəzifəsindən kənarlaşdırılıb.

Vəzifənin icrası müvəqqəti olaraq 7 saylı cəzaçəkmə müəssisəsinin rəisi Şahin Osmanova həvalə olunub.

Xidmətdən verilən məlumata görə, tədqiqatın nəticəsindən asılı olaraq Abdullayevin həmin vəzifədə qalıb-qalmaması barədə qərar veriləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!