17 Aprel, 2014
Miri Yusif konsertə hazırlaşır

Simsar. az xəbər verir ki, il ərzində bir neçə dəfə tamaşaçılarının qarşısında çıxış edən ifaçı bu dəfə "Yaşıl teatr"da sevilən mahnılarını ifa edəcək. Miri Yusif yay ayıarının əvvəlində düz iki gün konsert verəcək.

Belə ki, iyun ayının 13 və 14-ü köhnə mahnıları ilə yanaşı yeni mahnılarını da səsləndirəcək. İfaçı sosial şəbəkədə konsertində pərəstişkarlarının hər birini gözlədiyini vurğulayıb.

Bundan əlavə olaraq müğənni bildirib ki, Gəncə şəhərində də konsert vermək istəyir. Yüzlərlə pərəstişkarının olduğu Gəncədə çıxış etmək istəsə də böyük həcmli konsert zalı tapa bilmədiklərinə görə bu günə qədər istəyi reallaşmayıb.

Günel

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!