16 Aprel, 2014
İlhamə Quliyeva: "O, mən deyiləm" - ÖZƏL

Simsar.Az xəbər verir ki, Türk Dünyasının Sənət Kraliçası, Primadonna İlhamə Quliyeva İnstagram fotoservisindən şikayətçidir.

Əməkdaşımıza verdiyi açıqlamasında xalq artisti fikirlərini belə izah edib:

"Necə aydır kimsə "Xanım İlhamə" adlı profil açaraq adımdan istifadə edir.

Oxucularınıza məlumat verib demək istəyirəm ki,  o, mən deyiləm.

Mən ümumiyyətlə heç bir sosial şəbəkədən istifadə etmirəm.

Mediada hansısa xəbəri yaymaq istəyəndə də bunu mətbuat katibim yüksək səviyyədə edir.

Odur ki, pərəstişkarlarım saxta profillərə aldanmasınlar".

 

Şahin Cavadsoy

Simsar.Az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!