16 Aprel, 2014
Azərbaycan və Xorvatiya XİN-ləri məsləhətləşdilər

Azərbaycan Respublikası və Xorvatiya Respublikası XİN-ləri arasında konsulluq məsələlərinə dair məsləhətləşmələr keçirilib.

Xarici İşlər Nazirliyindən Simsar.az-a verilən məlumata görə, görüşdə Azərbaycan tərəfini Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Mehriban Nəcəfova, Xorvatiya tərəfini isə bu ölkənin Xarici İşlər və Avropa Məsələləri Nazirliyinin Konsulluq idarəsinin rəisi Vinko Lyubiçiç təmsil ediblər.

Görüşdə Azərbaycan Respublikası ilə Xorvatiya Respublikası arasında müxtəlif sahələr üzrə ikitərəfli münasibətlərin uğurla davam etdirilməsi, konsulluq sahəsi üzrə əməkdaşlığın genişləndirilməsi və inkişaf etdirilməsi üçün hazırkı məsləhətləşmələrin keçirilməsinin vacibliyi qeyd edilib.

Həmçinin tərəflər iki ölkə vətəndaşlarına viza rəsmiləşdirilməsi sahəsində çətinliklərin aradan qaldırılması, konsulluq əməliyyatlarının aparılması, miqrasiya proseslərinin tənzimlənməsi, o cümlədən qanunsuz miqrantların leqallaşdırılması və miqrantların yerli şəraitə uyğunlaşdırılması prosedurları, Xorvatiya Respublikası ilə Avropa İttifaqı arasında qeyri-qanuni yaşayan şəxslərin readmissiyası sahəsində təcrübəsinin öyrənilməsi, readmissiya sazişlərinin tətbiqi mexanizmləri barədə fikir mübadiləsi aparmış və gələcək əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!