16 Aprel, 2014
Moldava parçalanır?

Dnestryanı parlamenti BMT, ATƏT və Rusiyaya Dnestryanı Moldova Respublikasının yaradılması barədə təklif göndərib.

Simsar.az xəbər verir ki, bölgə parlamentinin bu gün keçirilən iclasında Dnestryanı Moldova Respublikasının tanınması üçün Rusiya prezidenti Vladimir Putinə, Rusiya Dövlət Dumasına, həmçinin BMT və ATƏT-ə təklifin göndərilməsi barədə qərar qəbul edilib.

Parlamentdə həmçinin qeyd edilib ki, 2006-cı il sentyabrın 17-də keçirilən referendum zamanı bölgə əhalisinin 97%-i Rusiyanın tərkibində Dnestryanı Moldova Respublikasının yaradılmasına səs vermişdi.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!