16 Aprel, 2014
23 rus zabiti həbs olundu – UKRAYNADA

Ukraynanın güc strukturları Rusiyanın Baş Kəşfiyyat İdarəsinin 23 zabitini həbs edib

Simsar.az xəbər verir ki, bu haqda Ukraynanın Təhlükəsizlik Xidmətinin rəhbəri Valentin Nalivayçenko Ali Radanın qapalı keçirilən iclasında bəyan edib. Onun sözlərinə görə, casus şəbəkəsi 2-3 il ərzində formalaşıb.

Nalivayçenko qeyd edib ki, Təhlükəsizlik Xidmətinin etibar xidmətinə gün ərzində 600-ə yaxın zəng daxil olur. Nalivayçenkonun bildirdiyinə görə, özlərini xalq quvvəsi adlandıran ”antimeydancılar”ın sayı çox deyil.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!