7 Mart, 2011
Liviya hakimiyyəti inqilabçıları danışıqlara çağırdı

Liviyada televiziya tamamilə Qəddafinin tərəfdarlarının nəzarəti altındadır

Liviyanın keçmiş baş naziri Azus əl-Təlxi dövlət televiziyasının efirindən Benqazi şəhərini ələ keçirmiş inqilabçıları danışıqlara dəvət edib.

O, müraciətində qan tökülməsinin dayanması və xaricilərə “yenidən Liviyanı işğal etmək şansı” verilməməsi naminə danışıqları zəruri sayıb. Əl-Təlxi xaricilərin kimliyi haqda dəqiq söz deməyib.

Simsar.az -ın “lenta.ru”ya istinadən verdiyi xəbərə görə, Liviyada televiziya tamamilə Müəmmar Qəddafinin tərəfdarlarının nəzarəti altındadır.

“Reuters”in şərhinə görə, bu o deməkdir ki, danışıqlara çağırış hakimiyyət tərəfindən sanksiyalaşdırılıb. Bundan əvvəl nə Qəddafi, nə onun tərəfdarları ölkədə münaqişənin dinc yolla həll olunması barədə müzakirənin mümkünlüyünü bəyan etməyib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!