16 Aprel, 2014
Dəhşət: 4 yaşlı uşağın boğazını və biləyini kəsdilər

Türkiyənin Aydın şəhərində evlərinin qarşısında oynayarkən itən 4 yaşlı Canər Çerit boğazı və biləyi kəsilərək öldürülüb

Simsar.az xəbər verir ki, ağır yaralı olan 4 yaşlı uşaq xəstəxanaya çatdırılsa da həkimlər onun həyatını xilas edə bilməyib. Vəhşilik Aydının mərkəzində Efelər mahalında baş verib.

Mahalın İmamköy məhəlləsində evlərinin qarşısında oynayan Canər Çerit itib. Ailəsi uşağı axtararkən qısa müddətdən sonra atası tərəfindən istifadə edilməyən bir tövlədə ağır yaralı halda tapılıb. Canər Çerit dərhal Atatürk Dövlət Xəstəxanasına aparılsa da uşaq burada keçinib. Hadisə ilə bağlı istintaq başlayıb.

Polis kiçik Canərin qatilinin tapılması üçün geniş əməliyyata start verib. İlkin ehtimala görə uşağa təcavüz ola biləcəyi ehtimalı üzərində iş gedir.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!