16 Aprel, 2014
Sensasiya: “Qəbələ” “Xəzər Lənkəran"ı darmadağın etdi

Bu gün futbol üzrə Azərbaycan kubokunda yarımfinal mərhələsinə start verilib

Simsar.az xəbər verir ki, yarımfinalın ilk oyunları çərçivəsində baş tutan matçlar fərqli saatlarda başlayıb. Əvvəl meydana əyalət klubları çıxıb. Ötən mövsümün finalçısı “Xəzər Lənkəran” səfərdə “Qəbələ”nin qonağı olub və 3-0 hesabı ilə məğlub olub. Qollar isə oyunun 2-ci hissəsində vurulub.

Ölkə kubokunun yarımfinalına yüksəlməklə sensasiyaya imza atan “Rəvan” paytaxt derbisində “Neftçi”nin qonağı olacaq. Ötən mövsüm “Qızıl dubl”a imza atan Böyükağa Hacıyevin yetirmələri cütün aşkar favoriti sayılsa da, çempionatın autsayderi möcüzə etmək arzusundadır.

Qeyd edək ki, cavab oyunları aprelin 24-də keçiriləcək.

 

Azərbaycan kuboku

Yarımfinal, ilk oyunlar

16 aprel (çərşənbə)

 

“Qəbələ” – “Xəzər Lənkəran” - 3:0

Qollar: Nizami Hacıyev, 53; 72; Viktor Mendi, 59;

 

19:00. “Neftçi” – “Rəvan”

“Bakcell Arena” stadionu

 

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!