16 Aprel, 2014
Beynəlxalq tədbirdə azərbaycanlı-erməni qarşıdurması

Türkmənistanda keçirilən Beynəlxalq “Aziada – 2017” açılış mərasimində azərbaycanlılarla ermənilər arasında qalmaqal yaşanıb

Tədbirdə iştirak edən Azərbaycan nümayəndə heyətindən əvvəl Ermənistandan olan şəxslərə söz verilib. Ermənilər milli Azərbaycan xörəkləri olan dolmanı, lavaşı və s. qədim Ermənistan yeməkləri kimi təqdim ediblər. Azərbaycan nümayəndə heyətininin çıxışçıları isə ermənilərin yalanını üzə çıxaracaq faktlar söyləyiblər.

Daha sonra Azərbaycan mətbəxinin qədimliyini əks etdirən foto-çarxda - 40 min yaşı olan Qobustan ət bölgüsü, 3700 yaşı olan Şəki samovarı, İsmayıllı muzeyindəki 2400 yaşı olan yağ, 2400 yaşı olan daşlanmış şərab, VII-VII əsrlərə aid Qəbələ damıtma aparatı, XVII-əsrə aid Ağsu şəkərbura maqqaşı, daşarası, plov çətəni və s. göstərilib.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!