16 Aprel, 2014
İtən təyyarə tapıldı

Malayziyanın "Malaysia Airlines" aviaşirkətinə məxsus Boeing 777-200 ER sərnişin təyyarəsinin qalıqları tapılıb

Simsar.az xəbər verir ki, bu barədə Britaniyadakı "Bluewater Recoveries" şirkətinin direktoru Devil Merns bildirib.Təyyarənin "qara qutusu"nun siqnalları aydın və səlis alındığından axtarış bölgəsi kiçilib. Hazırda 8 ölkənin 17 gəmisi və 19 təyyarəsi Hind Okeanının cənubunda 4500 m dərinlikdə olan təyyarə qalıqlarını aşkarlamaq üçün axtarışdadır.

Xatırladaq ki, martın 8-də Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərindəki beynəlxalq limandan səmaya qalxaraq MH370 reysi ilə Pekinə uçub. Ancaq uçuşun 2-ci saatında təyyarə radarlardan itib.Qeyd edək ki, yoxa çıxan təyyarədə 227 sərnişin və 12 nəfər heyət üzvü olub.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!