16 Aprel, 2014
Rusiyanın xalq artisti - BAKIDA

Rusiyanın xalq artisti Valeriya bu gün yerli media nümayəndələri ilə görüşüb

Simsar.az xəbər verir ki,  sabah Heydər Əliyev sarayında konsert verməyə hazırlaşan ifaçı jurnalistlər ilə maraqlı söhbətlər edib, açıqlamalar verib. O bildirib ki, eyni konsert proqramı ilə ötən il Moskvada yerləşən Araz Ağalarovun sahibkarlıq etdiyi "Krokus City"də çıxış edib:

"Ötən il olduğu kimi bu il də konsertdə bir-birindən maraqlı mahnılarımı səsləndirəcəm, onların sırasında lirik və caz üslubu üstünlük verəcək. Musiqi komandamda pianoçu kimi oğlum Arseni Şulqin də çıxış edəcək. O, bir neçə beynəlxalq müsabiqələrdə laureat olub. Mən onunla fəxr edirəm və inanıram ki, böyüyəndə məşhur pianoçu olacaq", deyə Valeriya fikirlərini bildirib.

Bundan əlavə olaraq ifaçı Bakı haqqında olan fikirləri ilə bölüşdüyü zaman paytaxtımızı çox sevdiyini bildirib: "Bakının insanları çox mehriban və alicənabdırlar. Ən əsası isə burada sənətə yüksək qiymət verirlər, cazı və klassikanı sevirlər. İlk dəfə mən Bakıda 10 il bundan qabaq olmuşam, ötən ilin dekabr ayında şəhərinizə gəlmişdim, küləklər şəhərinin necə dəyişdiyinin şahidi oldum".

Valeriya sabah ad günü olduğunu və xoş gününü azərbaycanlılarla keçirəcəyinə əmin olduğunu deyərək 46 yaşlı ifaçı fikirlərini bildirib.

Qeyd edək ki, ifaçını Üzeyir Hacıbəyli adına Simfonik Orkestrı müşayiət edəcək.

Günel

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!