16 Aprel, 2014
Ağdam və Kürdəmirin İcra başçıları dəyişdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev R.A.Məmmədovun Ağdam rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

Simsar. az AzərTAc-a istinadən xəbər verir ki, sənəddə deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

Raqub Allahverdi oğlu Məmmədov Ağdam rayonu İcra hakimiyyətinin başçısı təyin edilsin".

 

"Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

Ceyhun Fərrux oğlu Cəfərov Kürdəmir rayonu İcra hakimiyyətinin başçısı təyin edilsin".

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!