16 Aprel, 2014
“Xəzər Lənkəran” darmadağın oldu

Bu gün Futbol üzrə Azərbaycan Kubokunun ½ final mərhələsinin oyunları start götürüb

Simsar.az xəbər verir ki, ilk matçda əyalət təmsilçiləri üz-üzə gəliblər. “Qəbələ”nin qonağı olan “Xəzər Lənkəran” böyükhesablı məğlubiyyətlə barışmalı olub. “qara-qırmızılar” bütün qolları ikinci hissədə vurublar.

“Qəbələ” – “Xəzər Lənkəran” 3:0
Qollar: N.Hacıyev, 53; V.Mendi, 59; N.Hacıyev, 72

Qeyd edək ki, mərhələnin digər oyununda “Neftçi” “Rəvan”ı qəbul edəcək.

Vüsal Məmmədzadə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!