16 Aprel, 2014
ATƏT PA prezidentindən Qarabağ etirafı

“ATƏT həmişə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib”.

APA-nın məlumatına görə, bunu Azərbaycanda səfərdə olan ATƏT Parlament Assambleyasının prezidenti, Monteneqro parlamentinin sədri Ranko Krivokapiç Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşündən sonra jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ATƏT münaqişənin bütün prinsiplər o cümlədən BMT-nin bütün qətnamələri çərçivəsində həllinə tərəfdardır: “Amma biz münaqişənin sülh yolu ilə həllinin yeni mərhələyə qədəm qoyması və yekun həlli yollarını axtarmalıyıq. Bu ATƏT PA-nın və ümumilikdə ATƏT ailəsinin vəzifəsidir”.

R. Krivokapiçin sözlərinə görə, münaqişənin həlli ilə bağlı proses daha aktiv ola bilər: “ATƏT PA Minsk qrupu ilə birgə çalışır ki, hər dəfə bu məsələni öz gündəliyinə daxil etsin, prosesə yenidən start verilməsi üçün əlavə təşəbbüslər irəli sürsün. Çünki proses həqiqətən də bir qədər dondurulub”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!