16 Aprel, 2014
Daha bir türk məşqçi Azərbaycan klubunda?

Türkiyəli məşqçi Samet Aybaba bu gün Bakıya gəlib. Simsar.az saytının məlumatına görə, tanınmış çalışdırıcının ölkəmizə “Rəvan”ın baş məşqçisi Güvənç Kurtar dəvət edib.

Aybaba ilə yanaşı hazırda Türkiyə Futbol Federasiyasında məşqçilik kurslarından dərs keçən İsmail Dilbər də Bakıya gəlib. Onlar bu gün ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində saat 19:00-da başlayacaq “Neftçi” – “Rəvan” matçını stadiondan izləyəcəklər.

Qeyd edək ki, Samet Aybabanın sonuncu klubu “Antalyaspor” olub. Ancaq bu komanda ötən ay “Çaykur Rizəspor”a 1:2 hesabı ilə yenildikdən sonra baş məşqçi istefaya göndərilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!