16 Aprel, 2014
Türkmənistanlı səfir AMEA- da olub

Türkmənistan Respublikasının Azərbaycandakı səfiri Toyli Komekov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olub.
Əlyazmalar İnstitutundan Simsar.az-a bildirilib ki, bu elm müəssisəsinin direktoru, AMEA-nın müxbir üzvü Teymur Kərimli ilə görüşdə səfir onu böyük türkmən şairi Məxtumqulunun may ayında Aşqabadda keçiriləcək yubiley tədbirinə dəvət edib.
Türkmənistanlı səfir Əlyazmalar İnstitutunun işi, sərgi zalı ilə tanış olmuş, iki qardaş ölkənin alimləri, əlyazmalar institutları arasında əlaqələrin genişləndirilməsinin zəruriliyindən danışıb.
Tərəflər may ayında Əlyazmalar İnstitutunda Məxtumqulunun yubileyi münasibətilə elmi konfrans keçirilməsi, iki ölkənin əlyazmalar institutları arasında əməkdaşlıq barədə memorandumun imzalanması barədə razılığa gəliblər.

Günel

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!