16 Aprel, 2014
TQDK sədri Şəmkirə gedəcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Şəmkirdə vətəndaşları qəbul edəcək.

Simsar.az-a verdiyi məlumata görə, qəbulda Gəncə, Şəmkir, Göygöl, Samux, Daşkəsən, Gədəbəy, Tovuz, Qazax və Ağstafa rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbul aprelin 22-də saat 12:00-da Şəmkir şəhəri Zəka Gənclər Mərkəzində keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşların Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri və ya TQDK-nın Gəncə regional bölməsinə müraciət etmələri xahiş olunur.

Bundan əlavə, Şəmkir, Göygöl, Samux, Daşkəsən, Gədəbəy, Tovuz, Qazax və Ağstafa Təhsil Şöbələrində 14 aprel-21 aprel tarixlərində (şənbə, bazar və bayram günləri istisna olmaqla), saat 10:00-dan 17:00-dək qəbula qeydiyyata düşə bilərlər.

Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!