16 Aprel, 2014
Çempionlar Liqasında növbəti rəqibimizin adı bilindi

UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edəcək təmsilçimizin daha bir potensial rəqibinin adı məlum olub

Simsar.az xəbər verir ki, bu, Cəbəllütariq çempionu “Linkoln Red İmps” komandasıdır. Qarşıdakı mövsüm ölkəsini Avropanın ən mötəbər klub turnirində təmsil edəcək komanda I təsnifat mərhələsindən mübarizəyə qoşulacaq.

Xatırladaq ki, Cəbəllütariq çempionu Estoniyanın “Levadiya”, Uelsin “Nyu-Seynts”, Farer adalarının “Torshavn” komandaları, həmçinin, Şimali İrlandiya, Andorra, San-Marino və Ermənistan çempionları ilə birgə ÇL-ə birinci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq.

Azərbaycan çempionu isə ilk oyununa II təsnifat mərhələsində çıxacaq. Hazırda ən yaxın izləyicisini 13 xal qabaqlayan “Qarabağ” bu ada ən real namizəddir.

Vüsal Məmmədzadə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!