16 Aprel, 2014
Donetskdə şura binası ələ keçirildi

Donetskdə silahlı, maskalı şəxslər şəhər şurasının binasını ələ keçiriblər. Simsar.az İnterfaks agentliyinə istinadən xəbər verir ki, onlar silahdan istifadə etmədən sadəcə, binaya daxil olublar. Binanın işçilərinə isə yerlərində qalmağı əmr ediblər. Ukrayna mətbuatında yayılan məlumata görə binaya əvvəlcə əllərində avtomat olan 7 silahlı daxil olub, daha sonra isə digərləri. Verilən məlumata görə binada olan işçilər əşyaları və sənədlərini də özləri ilə götürərək binanı tərk ediblər. 


Mələk Abbaszadə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!