16 Aprel, 2014
“Çelsi” Beylə elçi düşdü

Madrid “Real”ının uelsli ulduzu Premyer Liqaya qayıda bilər

Simsar.az xəbər verir ki, “Real”ın ulduz hücumçusu Qaret Beyl “Çelsi”nin hədəfindədir. “Zadəganlar” futbolçunun keçidi üçün Eden Hazardı ispanlara təklif etməyə hazırdır. Klubun bu yaxınlarda rəsmi danışaqlara başlayacağı gözlənilir. Britaniya mətbuatı London təmsilçisinin transferi üçün Hazarddan əlavə müəyyən məbləğ də ödəyəcəyini iddia edir.

Qeyd edək ki, Qaret Beyl ötən il “Tottenhem Hotspur”dan “Real”a keçib.

Vüsal Məmmədzadə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!