16 Aprel, 2014
Bakı Metropolitenində qatar tüstüləndi

Bakı metropolitenində növbəti insident baş verib.

Hadisə şahidlərinin Simsar.az-a bildirdiklərinə görə, tuneldə olan qatarda tüstülənmə müşahidə olunub və bununla əlaqədar, sərnişinlər metronun “Əhmədli” stansiyasında evakuasiya ediliblər.

Hadisə ilə bağlı Bakı metropoliteni ilə əlaqə saxlasaq da, qurumun Yanğından hərbiləşdirilmiş mühafizə şöbəsindən faktı inkar etdilər və heç bir hadisənin baş vermədiyini söylədilər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!