16 Aprel, 2014
Hindular ABŞ-dan torpaqlarını istəyirlər

ABŞ hakimiyyəti ilə onandoqa hindu tayfası arasında uzun illərdir ki, münaqişə davam edir.Bu səbəbdən tayfa ADT-yə ( Amerika Dövlətləri Təşkilatı “Organization of American states” (OAS)) müraciət edib. Simsar.az İTAR-TASS-a istinadən xəbər verir ki, buna səbəb ABŞ məhkəməsinin onların 1 milyon hektarlıq torpaq ərazisini geri almaq üçün olan müddətin tükəndiyini bildirməsidir. Məhkəmə onların istəyini rədd etdiyi üçün tayfa beynəlxalq birlikdən kömək istəyib. Hinduların sözlərinə görə, ABŞ konstitusiyaya zidd bir şəkildə 1788-1822-ci illərdə Nyu-Yorkun ərazisindəki hindu tayfasına məxsus torpaqları əllərindən alıb. Onların sözlərinə görə onlar dövlətdən qovulduqları üçün heç təzminat da istəməyiblər. Onların istəyi odur ki, ABŞ hökuməti Onondoqa gölünün ətrafında tayfaya məxsus torpaqları onların ərazisi kimi tanısın. Tayfanın vəkili isə hesab edir ki, insan hüquqları üzrə Beynəlxalq komissiya ərizəyə yalnız bir neçə il sonra baxa bilər. Hətta ərizə qəbul edilsə belə ABŞ-ın bu şərtlərlə razı olmağı çətin məsələdir. 


Mələk Abbaszadə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!