16 Aprel, 2014
100 əlilə minik avtomobili verildi - FOTO

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 100 nəfər Qarabağ müharibəsi və 20 Yanvar əlili “Naz-Lifan” markalı minik avtomobilləri ilə təmin edilib. Nazirlikdən Simsar.az-a verilən məlumata görə, bu ilin yanvar ayının 1-dən növbədə dayanan 675 nəfər əlildən 200-ü avtomobillə təmin olunub. Qalan 475 nəfər isə bu ilin sonuna qədər xüsusi avtonəqliyyatla təmin olunacaq.

Qeyd edək ki, bu gün verilən maşınlar da daxil olmaqla ümumilikdə 4000 əlil minik avtomobili sahibi olub.

Simsar.az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!