16 Aprel, 2014
Tanınmış modelyerin “Ağ-qara dünyası”

Azərbaycanlı modelyer Şəlalə Maqsudova “Ağ –qara dünyam” adlı yeni mövsüm kolleksiyasını təqdim edib.
Simsar.az xəbər verir ki, modelyer kolleksiyaya bir ay vaxt sərf etdiyini açıqlayıb: “ Bu kolleksiyaya düz bir aydır ki, hazırlaşırdım. Tam fərqli geyimlər, fərqli biçimlər öz əksini tapıb. Yeniliyə can atmışam. Tam fərqli geyimlər, fərqli biçimlər hazırlamışam. İstəmişəm ki, nəinki bizdə, hətta xaricdə belə modelyerlərin etmədiyi obrazlar olsun”.
Şəlalə Maqsudova “Ağ-qara dünyam” kolleksiyasında həyatındakı dəstək və əngəlləri də ön plana çıxarıb: “ Məqsədli şəkildə bu adı seçmişəm. Bununla da göstərmək istəmişəm ki, ağ dünyamda mənə dəstək olan yaxın insanları, əl işlərimə qiymət verənləri ağ dünyama qatmışam. Qarada isə mənə mane olan, işlərimə əngəl yaradn insanları göstərmək istəmişəm”

Günel

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!