16 Aprel, 2014
Qallas TPL-da oynayacaq – İDDİA

“Çelsi” və “Arsenal”ın sabiq fransız ulduzu Azərbaycana gələ bilər

Simsar.az xəbər verir ki, bu haqda Britaniya mətbuatı xəbər yayıb. Verilən xəbərdə deyilir ki, Fransa millisinin sabiq müdafiəçisi Azərbaycan klublarının birindən cəlbedici təklif alıb. Klubun adı isə açıqlanmır.

Qeyd edək ki, “Çelsi” forması ilə iki dəfə İngiltərə çempionu olmuş Qallas Fransa millisi ilə Konfederasiyalar Kubokuna da sahib çıxıb. 36 yaşlı futbolçu hazırda Avstraliya çempionatında “Pert Qlori” klubunun şərəfini qoruyur.

Vüsal Məmmədzadə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!