16 Aprel, 2014
Kirayədə qaldıqları evdən oğurluq etdilər

Gəncədə oğurluq hadisəsi baş verib.

Gəncə şəhər Kəpəz rayon Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, şəhər sakini, Əflaki Vaqif idarəyə ərizə ilə müraciət edərək bildirib ki, evində kirayədə qalan, Pərvanə və Yeganə adlı iki qadın onun evindən 2 ədəd xalça və xalçalardan birinin arasında olan 500 manat pulu, bir DVD pleyer oğurlayıblar. Faktla bağlı Kəpəz Rayon Polis Şöbəsində araşdırma aparılır. Yeganə və Pərvanə adlı qadınların axtarışı həyata keçirilir.



Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!