16 Aprel, 2014
Rəşid Behbudovun mahnılarından ibarət albom – FOTO

Oya Ergünün Rəşid Behbudov mahnılarından ibarət albomu hazırdır
Azərbaycanda fəaliyət göstərən Türkiyənin opera ifaçısı Oya Ergününün Rəşid Behbudovun mahnılarından ibarət albomu artıq hazırdır. Oya xanım Simsar.az-a verdiyi açıqlamada bildirib ki, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi və Türkiyənin ölkəmizdəki səfirliyinin dəstəyi ilə hazırlanan albom musiqisevərlərin ürəyincə olacaq. “Azərbaycan Dövlət Filarmoniyasında lentə aldığım ölməz Rəşid Behbudov mahnılarından ibarət yeni albomum artıq hazırdır. Bu albomu ürəyimi qoyaraq hazırlamışam. İnşallah tezliklə təqdimatını keçirəcəm. Albomu gözəl bir komanda və dəyərli musiqiçilərlə birgə ərsəyə gətirmişik. Musiqisevərlər albomdan məmnun qalacaqlar. Rəşid Behbudov mahnılarından ibarət albom hazırlamaq asan iş deyil, çox böyük məsuliyyətdir”.
Qeyd edək ki, albomda Rəşid Behbudovun ifa etdiyi 12 mahnı yer alacaq. Təqdimat mərasimi həm Azərbaycanda, həm də Türkiyədə keçiriləcək.

Simsar.az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!