16 Aprel, 2014
Mayli Sayrus xəstəxanalıq olub

Amerikanın ən məşhur pop-ulduzlarından olan Mayli Sayrusun Kanzas-Sitidəki konserti təxirə salınıb. Simsar.az foxnews.com-a istinadən xəbər verir ki, buna səbəb ulduzun xəstəxanaya düşməsi olub. Sayrusun antibiotiklərə olan allergiyası onu xəstəxanalıq edib. O, konsertin ləğvi ilə bağlı Twitter səhifəsində yazıb : “Kanzas, mən də sənin kimi çox qəmqinəm. Elə istəyirdim ki, bu gün burda çıxış edim. Sizinlə ola bilməyəcəyim üçün daha da pis oluram”. 
Qeyd edək ki, “Bangerz” adlı turne çərçivəsində o, artıq Kanadada konsert proqramları ilə çıxış edib.


Mələk Abbaszadə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!