16 Aprel, 2014
Bakının bir neçə rayonunda qaz olmayacaq

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. “Azəriqaz” İstehsalat Birliyindən Simsar.az-a verilən məlumata görə, Olimpiya Kompleksi və yeni yol qovşağının tikintisi ilə bağlı tikinti sahəsinə düşən qaz kəmərlərinin təhlükəsiz əraziyə köçürülməsi ilə əlaqədar bu gün saat 12:00-dək Nərimanov rayonunun bir hissəsinə, “Şimal DRES” qazpaylayıcı stansiyasında “Sənaye” və “Əhali” kollektorlarının qaz təchizatı mənbəyinə birləşdirilməsi və Binəqədi rayonu 6-cı mikrorayonun qərb hissəsində yeni tikilmiş məscidə gedən avtomobil yolunun genişləndirilməsi ilə əlaqədar isə saat 18:00-dək Binəqədi və Xəzər rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!