16 Aprel, 2014
Əsgərimiz özünü güllələdi

Azərbaycan Ordusunun əsgəri özünü güllələyib.

Simsar.az-ın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Naxçıvanda yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.

Hərbi hissənin əsgəri Kamran Rüstəm oğlu Cəlilov tabeliyindəki avtomat silahdan təhlükəsizlik qaydalarının pozulması nəticəsində açılan atəş nəticəsində yaralanıb. Yaralı əsgər hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a faktı təsdiqləyiblər.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, K. Cəlilov Lənkəran rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!