7 Mart, 2011
Yol Polisinə helikopter alındı

Baş Dövlət Yol Polisi İdarəsinə yeni helikopter alınıb

APA-nın məlumatına görə, bu barədə Azərbaycan hökumətinin parlamentə təqdim etdiyi 2010-cu il üzrə hesabatına bildirilir. 

Məlumatda qeyd olunub ki, ötən il dövlət büdcəsindən Daxili İşlər Nazirliyinə 264 milyon 296 min 745 manat vəsait ayrılıb. Ayrılmış vəsait təsdiq edilmiş smetaya uyğun təyinatı üzrə xərclənib. Daxili işlər orqanlarına xidməti istifadə üçün 192, o cümlədən 90 “Fiat Dablo”, 55 “Fiat Linea”, 19 “Hunday Sanata”, 10 “Hunday Tucson” və s. avtomobillər, habelə Dövlət Yol Polisinə 1 ədəd helikopter alınıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!