15 Aprel, 2014
Jurnalistlər Aşıq Samirəni ayaqüstə alqışladılar - VİDEO-FOTO

Simsar.Az xəbər verir ki, Azərbaycanın əməkdar mədəniyyət işçisi, Sənətşünaslıq elmi üzrə fəlsəfə doktoru Aşıq Samirə bugün jurnalistlərlə görüş keçirib. Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Simfonik Orkestrinin müşayiəti ilə üç aşıq havasını səsləndirən sənətçi, etdiyi bu yeniliyi "Sənətinə Aşiq Samirə" adlı musiqi toplusunda cəmləşdirib. "Misri", "Cəlili", "Şirvan müxəmməsi" adlı layihənin müəllifi elə Samirənin özüdür. Yaradıcı heyətin tərkibinə - musiqi rəhbəri, tanınmış qarmon ifaçısı, əməkdar artist Etibar Qasımbəyli, səs rejissorları Vahid Talıbov, Rövşən Həsənov, quruluşçu operatoru Elmir Süleymanov, operator Cavanşir Ağayev, montajçı Elnar Həşimov daxildirlər. Orkestrin dirijoru Azad Əliyevdir. Qeyd edək ki, dirijor ötən ay dünyasını dəyişdiyi üçün mərhum sənətkarın ruhu bir dəqiqəlik sükutla yad edildi.

Aşıq Samirə ona dəstək olan qələm əhlinə təşəkkürünü bildirib, layihəsinin uğurundan danışdı.

Sənətçinin bu yeniliyi jurnalistlər tərəfindən rəğbətlə qarşılanıb və media mənsubları onu ayaqüstə alqışlayıblar.

Simsar.Az olaraq bəhs etdiyim layihənin video görüntülərini və tədbirdən çəkilən fotoları oxucularımıza təqdim edirik.

Şahin Cavadsoy
Simsar.Az

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!