7 Mart, 2011
Yerlimiz üçüncü dəfə Estoniyanın deputatı oldu

Eldar Əfəndiyev üçüncü dəfə Estoniya parlamenti Riyqikoqun deputatı seçilib

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, Eldar Əfəndiyev Gertsen adına Leninqrad Dövlət Pedaqoji İnstitutunu bitirib. 

20 ildən artıq müddət ərzində Narva muzeyinin (1979-1999 və 2001-2002-ci illərdə) direktoru olub. 1999-2000-ci illərdə Narva şəhərinin meri, 2002-2003-cü illərdə əhalinin məskunlaşması işləri üzrə nazir olub. 2004-cü ildən bu günədək Estoniya parlamentinin X və Xİ çağırışlarının deputatıdır.

O həmçinin Narva Humanitar Gimnaziyasının Qəyyumlar Şurasının, Pro Narva Mərkəzi İdarəsi Şurasının, Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin, “Aleksandr kilsəsi”nin Şura üzvü, Avropa Azərbaycanlıları Konqresinin birinci vitse-prezidentidir.

Eldar Əfəndiyev Estoniyanın 4-cü dərəcəli Dövlət Gerbi ordeni, sərhədyanı əməkdaşlıqda xidmətlərinə görə 3-cü dərəcəli Xaçla, Azərbaycan Respublikasının Birlik Ordeni və digər medallarla təltif olunub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!