14 Aprel, 2014
Ermənilər Azərbaycan kəndini gülləbaran edir

Erməni silahlı qüvvələri yenidən atəşkəsi pozub. Hazırda Tovuzun Əlibəyli kəndində güclü atışma gedir.

Kənd icra nümayəndəsi Valeh Rzayev ANS PRESS-in bölgə müxbirinə verdiyi açıqlamasında bildirib ki, düşmən saat 18.00 radələrindən başlayaraq kəndi gülləbaran edir.

Onun sözlərinə görə, Əlibəyli kəndinin evləri və həyətləri atəş altındadır. Kənd sakinləri güllələrdən qorunmaq üçün evlərə çəkiliblər və kənddə bütün evlərdə işıqlar söndürülüb.

Hələlik kənd sakinlərindən xəsarət alan olmayıb.

İcra nümayəndəsinin sözlərinə görə, sabah Əlibəyli istiqamətində ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq monitorinq keçirilməsi nəzərdə tutulub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!