7 Mart, 2011
Elektrik enerjisi istehsalı artıb

Azərbaycan fevralda elektrik enerjisi istehsalını 6% artırıb

Bu ilin fevral ayında Azərbaycanın enerji sistemində 1,8 mlrd. kVt/saat həcmində elektrik enerjisi istehsal edilib. Bu isə ötən ilin fevral ayı ilə müqayisədə 5,9% çoxdur. 

«Azərenerji» ASC-nin mətbuat xidmətindən «APA-ECONOMICS»ə verilən məlumata görə, enerji istehsalının 1,6 mlrd. kVt/saatı istilik elektrik stansiyaları (İES), 0,2 mlrd. kVt/saatı isə su elektrik stansiyalarının (SES) payına düşüb. Bundan başqa, ay ərzində Azərbaycan Rusiya, Gürcüstan, Türkiyə və İranla enerji mübadiləsini davam etdirib.

Ümumilikdə, bu ilin ilk iki ayı ərzində enerji sistemində 3,6 mlrd. kVt/saatdan artıq və ya ötən ilin eyni dövründəkindən 2,8% çox elektrik enerjisi istehsal edilib ki, bunun 3,4 mlrd. kVt/saatı İES-lərin payına düşür.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!