14 Aprel, 2014
"Hyundai" piyadanı vurdu - Ölən var + FOTOLAR

Bakıda piyadanın ölümü ilə nəticələn yol qəzası baş verib

APA-nın məlumata görə, hadisə bu gün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin inzibati binasının qarşısında qeydə alınıb.

“Hyundai” markalı avtomobil yolu keçən piyadanı vurub. Nəticədə piyada hadisə yerində ölüb, sürücü isə yüngül bədən xəsarətləri alıb.

Sürücünün və piyadanın kimliyi hələlik məlum deyil.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!