14 Aprel, 2014
Qəddafinin oğulları məhkəmədə

Liviyanın paytaxtı Tripolidə Qəddafinin oğulları Seyul Ali–İslam və Sədi Qəddafinin məhkəməsi başlayıb

Simsar.az “RİA novosti”yə istinadən xəbər verir ki, keçmiş diktatorun oğulları ilə yanaşı ölkənin keçmiş kəşfiyyat idarəsinin rəhbəri, Xarici İşlər naziri və daha 30 adam mühakimə olunacaq.   Məhkəməni bir çox ölkədən olan hüquq müdafiəçiləri yaxından izləyəcək. Çünki bir çoxları indiki halda məhkəmənin şəffaf keçirilməsinə şübhə edir və bunu da Liviyada hələ də davam edən siyasi krizislə izah edir.   Xatırladaq ki, Qəddafi Liviyada 40 il hakimiyyətdə olub və 2011-ci ildə bu ölkədə başlayan vətəndaş müharibəsi nəticəsində iqtidardan uzaqlaşdırılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!