14 Aprel, 2014
Azərbaycanlı aktrisanın qızı Türkiyə səhnəsində - FOTO

Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasovanın qızı ilk dəfə teatr tamaşasında rol alıb. Simsar.az xəbər verir ki, Məlahət Abbasova qızının teatrın səhnəsində oynamasını sosial şəbəkədə yazıb: "Qızım Sudə bu gün ilk dəfə teatrda son "Hıdırellez" adlı tamaşamızda səhnəyə çıxdı. Yəni, səhnənin tozunu bu gün uddu". İndiyədək filmlərdə rol alan 8 yaşlı aktrisa teatrda anasının rejissoru olduğu İstanbul Bələdiyyəsi Şəhər Teatrında səhnəyə çıxıb. Balaca aktrisa anası ilə birlikdə "Hıdırellez" tamaşasında oynayıb. Hazırda Türkiyənin ATV kanalında yayımlanan "Huzur sokağı" serialında rol alan 8 yaşlı qızcığaz "Babam için", "Kız annesi", "İslam bülbülleri", "Ak kırlangıç" serialında baş rolllarda çəkilib.

Günel

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!