14 Aprel, 2014
Çempionumuz “Fənərbaxça”nı darmadağın etdi

Simsar.az xəbər verir ki, Joze Alesionun yetirmələri iki yoxlama oyunu keçiriblər. Ölkə çempionu hər iki görüşdə rəqibini darmadağın edib.

İlk matçında güclülər dəstəsində çıxış edən klubların yığması ilə qarşılaşan Joze Alesionun yetirmələri 6 cavabsız qol vurublar.

Naxçıvan təmsilçisi növbəti rəqibi “Fənərbaxça”olub. Bu matçda da “Araz” rəqib qapısından 6 top keçirib. Rəqibin gücü təsəlli qoluna çatıb.

 

Güclülər Dəstəsinin yığması – “Araz” 0:6

QOLLAR: Davi 2, Vitali Borisov, Marko Periç, Adriano Folya, Kristian Çujeç

 

“Fənərbaxça” – “Araz” 1:6

QOLLAR: Davi 2, AdrianoFolya, Kristian Çujeç, Fabian, Auqusto

 

Qeyd edək ki, “Araz” aprelin 24-də keçiriləcək yarımfinalda İspaniya “Barselona”sı ilə görüşəcək.

 

Vüsal Məmmədzadə

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!