14 Aprel, 2014
Donetskdə antiterror əməliyyatı başladı

Donetskin yerli administrasiya sədri Sergey Taruta bölgədə antiterror rejimi elan edib. Simsar.az xarici mətbuata istinadən xəbər verir ki, əməliyyat müvəqqəti prezident Aleksandr Turçinovun qoyduğu ultimatumun vaxtının keçməsindən sonra başladılıb. Tarutanın dediyinə görə onlar vətənlərini zorla almaq istəyən fanatiklərdən qorunmaq istəyirlər. O, həmçinin Slavyanskda ölənlərin qohumlarına baş sağlığı verib.

Mələk Abbaszadə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!