14 Aprel, 2014
Millimiz Belarusla bacarmadı

Çimərlik futbolu üzrə Azərbaycan yığması növbəti yoldaşlıq oyununda qüvvəsini sınayıb

Simsar.az xəbər verir ki, komandamızın rəqibi Belarus millisi olub. Futbolçularımız Mozırda baş tutan iki matçın ikisində də meydanı məyus tərk ediblər. Belə ki, ilk oyunda 5:2 hesablı qələbə qazanan belaruslar ikinci matçda penaltilər seriyasında qalib gəliblər.

Belarus - Azərbaycan 5:2 (2:0, 2:0, 1:2)
Azərbaycan - Belarus 3:3 pen. 0:1 (0:2, 1:1, 2:0, 0:0)

Vüsal Məmmədzadə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!