14 Aprel, 2014
Mila Şəfiqə Axundovanın arzusunu həyata keçirdi

Gənc müğənni Mila ölməz bəstəkar Şəfiqə Axundovanın arzusunun həyata keçirib. 

Simsar.az xəbər verir ki, Mila bəstəkarın 90 illik yubileyinə həsr olunmuş tədbirdə öz ifası ilə çıxış edib: “Mən mərhum Şəfiqə xanımla görüşdüyüm zaman o, həmişə “Mən 90 illik yubileyimdə sənin oxumanı istəyirəm” deyirdi. Belə oldu ki, ona 90-illik yubileyin qeyd etmək nəsib olmadı. Filarmoniyada keçirilən dəyərli insan, mərhum Şəfiqə xanımın 90 ilik yubileyinə həsr olunmuş tədbirdə iştirak etdim. Şəfiqə xanımın oğlu Talehin bəstəsi olan “İntizar” mahnısını ifa etdim. Mən bir daha ölməz bəstəkarımız Şəfiqə Axundovanın ruhu qarşısında baş əyirəm. Bir tərəfdən sevinirəm ki, onun arzusunu yerinə yetirdim, digər tərəfdən üzülürəm ki, bu arzunu onsuz həyata keçirdim”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!